Türkiyə bəzi məhsulların İsrailə ixracını məhdudlaşdırmağa qərar verib - SİYAHI | Banco.az

Türkiyə bəzi məhsulların İsrailə ixracını məhdudlaşdırmağa qərar verib - SİYAHI

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə 54 adda məhsulun İsrailə ixracını məhdudlaşdırmağa qərar verib.

Banco.az xəbər verir ki, Türkiyə bəzi məhsul qruplarında İsrailə ixracını məhdudlaşdırmağa qərar verib.

Xarici işlər naziri Hakan Fidan Türkiyənin Qəzzaya hava yardımına İsrail tərəfindən icazə vermədiyi səbəbiylə bir sıra qərarlar qəbul ediləcəyini açıqladıqdan sonra ilk addım Ticarət Nazirliyindən gəlib.

Belə ki, Ticarət Nazirliyi qərarın Qəzzada atəşkəs elan olunana və Qəzza zolağına kifayət qədər fasiləsiz humanitar yardım axınına icazə verilənə qədər qüvvədə qalacağını açıqlayıb.

Nazirlikdən yayaılan bəyanatda 9 aprel 2024-cü il tarixindən etibarən 54 məhsul qrupuna məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilib.

İsrailə ixracı məhdudlaşdırılan məhsul qrupları aşağıdakı kimi sadalanır:

  • Alüminium profillər
  • Alüminium məftillər
  • Boyalar
  • Mis profillər, çubuqlar və məftillər
  • Beton qarışdırıcılar
  • Polad borular və fitinqlər
  • Polad məftil
  • Polad Konteynerlər və Anbarlar
  • Polad körpü hissəsi
  • Polad Qüllələr
  • Polad profillər
  • Sement
  • Sement, beton və ya süni daşdan tikinti üçün bloklar və plitələr
  • Dəmir və Poladdan hazırlanmış bütün tikinti materialları
  • Bütün Dəmir-Polad məftillər
  • Ekskavatorlar
  • Elektrik kabelləri
  • Elektrik panelləri
  • Plitələr
  • Fiberoptik kabellər və elektrik keçiriciləri
  • Forkliftlər
  • Qranit
  • İp və Kabellər
  • Avadanlıq Məhsulları
  • Hidravlik yağlar
  • Armatur
  • İnşaat Maşınları
  • Tikinti izolyasiya materialları
  • Tikintidə İstifadə olunan Eynəklər
  • Kimyəvi birləşmələr
  • Kimyəvi gübrələr
  • Klinker
  • Vedrələr, çömçələr, kürəklər, çəngəllər və qarmaqlar
  • Kükürd
  • Mineral yağlar
  • Rolikli zəncirlər
  • Mərmər
  • Metal Emalı Maşınları
  • Metalların emalında istifadə olunan kimyəvi maddələr
  • Mineral gübrələr
  • Mühərrik Yağları
  • Paletlər
  • Plastik Borular
  • Sendviç Panellər
  • Keramika
  • Solvent Boyalar
  • Tel çəkmə maşınları
  • Kəsmə maşınları
  • Kərpic
  • Aviasiya benzini və təyyarə yanacağı
  • Laklar
  • Kranlar
  • Yapışqanlar və yapışdırıcı maddələr
  • Yastı Polad Məhsullar

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et