Turizm şirkətləri İstanbula aviabilet satmaq imkanı qazandılar | Banco.az

Turizm şirkətləri İstanbula aviabilet satmaq imkanı qazandılar

Azərbaycanda turizm şirkətləri öz müştərilərinə Bakı-İstanbul-Bakı reysləri üzrə aviabiletlərin satışını həyata keçirmək imkanı əldə ediblər.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasından verilən məlumata görə, "Türk Hava Yolları" şirkəti 23 iyul tarixindən Bakı-İstanbul-Bakı reyslərinin sərbəst şəkildə satışının həyata keçirilməsinə icazə verib:

"Artıq turizm şirkətləri əvvəlki qaydada öz müştərilərinə bu istiqamətə olan aviabiletlərin satışını həyta keçirmə imkanı əldə edib. Azərbaycan Turizm Agentlikləri Assosiasiyası koronavirus pandemiyası (Civid-19) dövründə turizm şirkətlərinin bir müddət öncə bilet satışlarında üzləşdiyi çətin vəziyyətdən çıxmasına dəstək olaraq atılan bu addımı yüksək qiymətləndirir və "Türk Hava Yolları" şirkətinə öz dərin təşəkkürünü bildirir".

Trend

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et