Argentina yeni 10 minlik peso əskinasını dövriyyəyə buraxıb | Banco.az

Argentina yeni 10 minlik peso əskinasını dövriyyəyə buraxıb

Müəllif:Ayşən İmanova/Banco.az

Yüksək inflyasiya yaşayan Cənubi Amerika ölkəsi Argentinada yeni 10 min peso əskinası dövriyyəyə buraxılıb.

Banco.az xəbər verir ki, Argentina Mərkəzi Bankı (AMB) yüksək inflyasiya və milli valyuta pesonun dollar qarşısında devalvasiyasından sonra ilk 10 minlik peso əskinasını dövriyyəyə buraxıb. 10.000 pesoluq əskinasın qiyməti rəsmi məzənnə ilə 11 dollar, qara bazar məzənnəsi ilə isə 9 dollar təşkil edir. 

Mərkəzi Bankın bəyanatında deyilir ki, yeni əskinaslar istifadəçilər arasında əməliyyatları asanlaşdıracaq və maliyyə sisteminin logistikasını daha səmərəli və daha az xərcli edəcək.

Yeni əskinas milli bank filialları şəbəkəsində, eləcə də bankomatlarda paylanmağa başlanıb.

Mərkəzi Bank həmçinin bildirib ki, ilin son rübündə nominal dəyəri 20 min peso (təxminən 23 dollar) olan daha bir yeni əskinas dövriyyəyə buraxılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mart ayında Argentinanın illik inflyasiya səviyyəsi 287%-ə çatıb ki, bu da dünyada ən yüksək göstəricilərdən biri hesab edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et