"TikTok" ana şirkəti "ByteDance" ilə yollarını ayıracaqmı? | Banco.az

"TikTok" ana şirkəti "ByteDance" ilə yollarını ayıracaqmı?

Müəllif: Tamara Mustafayeva, Banco.az

“TikTok” ABŞ hökumətinin tələbi ilə ana şirkəti ByteDance ilə yollarını ayıra bilər.

Banco.az xəbər verir ki, son zamanlar bir çox ölkədə müxtəlif qadağalarla gündəmə gələn “TikTok”un Çindəki ana şirkəti “ByteDance”dan ayrılaraq təzyiqlərdən qurtulmağa çalışdığı iddia edilir.

Belə ki, platformanın istifadəçi məlumatlarını Çin hökuməti ilə bölüşməsindən narahat olan ölkələr “TikTok”un müstəqil şirkət olmasını istəyir.

Qeyd edək ki, “TikTok”un müstəqil şirkət kimi davam etməsi platformanı hər hansı bir Avropa şirkətinə satmaq və ya birjaya çıxmaq imkanını özü ilə gətirir. Bloomberg analitiklərinin fikrincə, “TikTok”un ABŞ bazarındakı dəyəri ən azı 40-50 milyard dollardır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, müxtəlif ölkələrdə “TikTok”un istifadəsinə qoyulan qadağalar hələ də davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et