Səudiyyə Ərəbistanı Asiyaya satılan neftin qiymətini aşağı salıb | Banco.az

Səudiyyə Ərəbistanı Asiyaya satılan neftin qiymətini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı Asiyaya ixrac etdiyi neftin qiymətini aşağı salıb.

Banco.az xəbər verir ki, Asiyaya satılacaq neftin qiymətini aşağı salan Səudiyyə Ərəbistanın neft nəhəngi “Saudi Aramco” Rusiyaya qarşı sanksiyalar tətbiq etdikdən sonra alternativ mənbələr tapmaqda çətinlik çəkən Avropa üçün isə qiymətləri qaldırıb.

Şirkət əsas bazarı olan Asiya üçün dekabr ayında həyata keçiriləcək satışlar üzrə Arab Light markalı neftin qiymətini 40 sent azaldaraq bir bareli 5,45 dollara endirib. Neft emalı müəssisələrinin və treyderlərin proqnozu da 35 sent artım olacağını göstərirdi.

Xatırladaq ki, faiz dərəcələrinin artması və Çindəki pandemiya tədbirlərinin təsirindən əmtəə birjalarında satılan xam neft fyuçerslərinin qiyməti ilin iyun ayından bəri 20 faiz dəyər itirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et