Şahmar Mövsümov : "VTB" bankından indiyədək 25 mln. dollar dividend əldə edilib | Banco.az

Şahmar Mövsümov : "VTB" bankından indiyədək 25 mln. dollar dividend əldə edilib

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) səhmdarı olduğu Rusiyanın "Bank VTB" ASC-dən indiyə qədər 25 mln.dollar dividend əldə edib. Bu barədə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bildirib. 

Onun sözlərinə görə, "Bank VTB" Rusiyanın ən iri banklarından biridir və onun səhmlərinin 60%-i dövlətə məxsusdur. Bu baxından Rusiyaya qarşı tətbiq olunmuş sanksiyalar onun səhmlərini bir qədər ucuzlaşdırıb, amma Fond bankdakı payını satmsaq niyyətində deyil: "Təbii ki, Rusiyaya qarşı sanksiyalar bu banka da təsir etməyə bilməzdi. Ona görə də onun səhmlərinin qiymətində azalma müşahidə olunub.Amma müxtəlif ekspertlərin fikrincə, sanksiyaların səngiməsindən sonra bankın səhmləri 25% bahalaşcaq. Neft Fondu uzunmüddətli investordur. Bizim bu bankdakı səhmləri satmaq fikrimiz yoxdur". 

Ən sərfəli kredit üçün müraciət et

Mənbə : report.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et