Ronaldo 200 milyon avroluq müqavilə imzaladı | Banco.az

Ronaldo 200 milyon avroluq müqavilə imzaladı

“Juventus” komandasının oyunçusu Kristian Ronaldonun “Nike” şirkəti ilə imzaladığı müqaviləsi diqqət mərkəzinə çevrilib.

Banco.az xəbər verir ki, “Football Leaks” portuqaliyalı ulduz fotbolçu ilə altı illik sponsorluq müqaviləsi imzalayıb. Futbolçunun razılıq verdiyi bu yeni müqavilənin detalları açıqlanıb. Beləliklə, "İnstagram", "Facebook" və "Twitter"də təxminən 270 milyon izləyicisi olan futbolçunun “Nike”dən 200 milyon avro qazanacağı məlum olub.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa məşhur futbolçu “Qızıl Top” mükafatı üçün 4 milyon avro, “Juventus” Çempionlar Liqasında qələbə qazanarsa 5 milyon avro, Çempionlar Liqasında qol kralı olarsa 1 milyon avro qazana bilər.

11 sponsoru olan K.Ronaldo 20 fərqli məhsulun reklamlarında yer alıb. 5 dəfə Çempionlar Liqası çempionluğunu və 5 dəfə "Qızıl top" mükafatını qazanan Ronaldonun “İnstaqram”da bir paylaşımının 1 milyon dollar məbləğində olduğu bildirilir.

Aida İSAQ,Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç