Qeyri-neft sektoru daha çox ticari sahələrin hesabına böyüyüb | Banco.az

Qeyri-neft sektoru daha çox ticari sahələrin hesabına böyüyüb

2019-cu ildə Azərbaycanda qeyri-neft sektoru üzrə ümumi daxil məhsulun (ÜDM) artmasında (artım 3,5% olub) ticari sahələr əhəmiyyətli rola malik olub, qeyri-neft sənayesinin gözləntilərdən daha çox artacağı barədə Hesablama Palatasının ehtimalı təsdiqini tapıb.

Bu barədə qurumun “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.

“Qənaətbəxş haldır ki, qeyri-neft sahələrinin artımı daha çox ticari sahələrin sayəsində mümkün olub, qeyri-neft sənayesi və kənd təsərrüfatı yüksək artım tempinə görə digər sahələrdən fərqlənib. Bununla belə, qeyri-ticari sahələrin əlavə dəyər istehsalına payı hələ də yüksək – 80%-dən çox olaraq qalır”, - deyə Hesablama Palatası bəyan edib.

Ticari sahələr dedikdə ölkənin icrac etdiyi məhsulların istehsalının həyata keçirildiyi sahələr nəzərdə tutulur. Bunlar isə sənaye və kənd təsərrüfatını özündə ehtiva edir. 

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et