QDTİB Azərbaycan bankına milli valyutada kredit verib | Banco.az

QDTİB Azərbaycan bankına milli valyutada kredit verib

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) "TuranBank"a kiçik və orta sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinin genişləndirilməsi üçün milli valyutada 10 milyon manat məbləğində yeni kredit ayırıb.

Bu barədə QDTİB-ə istinadən məlumat verilir.

Həmin kredit "TuranBank"a kiçik və orta müəssisələrin istehsal və investisiya proqramları üçün, eləcə də dövriyyə kapitalında ehtiyaclarının qarşılanması üçün maliyyə vəsaitinə çıxış imkanlarını artırmağa imkan verəcək.

Yeni kredit Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına kömək edəcək və iş yerlərinin yaradılmasını stimullaşdıracaq

Qeyd edək ki, bu, QDTİB-in "TuranBank"a milli valyutada verdiyi ikinci kreditdir. Banklar 2011-ci ildən etibarən davam edir.

Ən sərfəli kredit üçün müraciət et

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et