"PAŞA Sığorta" yığımlarını artırıb | Banco.az

"PAŞA Sığorta" yığımlarını artırıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Paşa Sığorta" şirkətinin hesabına bu ilin yanvar-sentyabr aylarında 226 milyon 577 min manat sığorta haqqı yığılıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında qeyd edilib.

Məlumata görə, bu, 2022-ci ilin 3 rübü ilə müqayisədə 53 milyon 693 min manat və ya 31,1% çoxdur.

Hesabat dövründə şirkətin sığorta ödənişləri isə illik müqayisədə 14 milyon 154 min manat və ya 26,5% artaraq 67 milyon 620 min manata çatıb.

Qeyd edək ki, ötən ilin eyni dövründə şirkətin yığımları 172,8 milyon manat, ödənişləri isə 53,5 milyon manat məbləğində olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et