"Paşa Həyat Sığorta" sektorda liderliyini qoruyur - 27% artım | Banco.az

"Paşa Həyat Sığorta" sektorda liderliyini qoruyur - 27% artım

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Paşa Həyat Sığorta" şirkətinin hesabına bu ilin yanvar-oktyabr aylarında 437 milyon 184 min manat sığorta haqqı yığılıb.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 94 milyon 101 min manat və ya 27.4% çoxdur.

Hesabat ayları ərzində şirkətin sığorta ödənişləri isə 228 milyon 205 min manat məbləğində olub. Bu da 2022-ci ilin 10 ayı ilə müqayisədə 46 milyon 900 min manat və ya 25.9% artım deməkdir.

Qeyd edək ki, "Paşa Həyat Sığorta" hazırda sektorun ən çox sığorta haqqı toplayan və sığorta ödənişi edən şirkətidir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et