Pandemiya səbəbilə milyarderə çevrilən elm adamları AÇIQLANDI | Banco.az

Pandemiya səbəbilə milyarderə çevrilən elm adamları AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi, koronavirus əleyhinə peyvəndlər artıq İngiltərə, ABŞ, Kanada və İsraildə istifadəyə verilib və hazırda antikor müalicə vasitələrinin təkmilləşdirilməsi səhiyyə işçilərinin virusa qarşı daha effektiv mübarizə aparmasına imkan yaradır. Bu hadisələrin fonunda onlarla elm adamı və sərmayəçi 2020-ci ildə milyarderlər klubuna qoşulub. Peyvəndlərin, müalicə üsullarının və tibbi avadanlıqların təkmilləşdirilməsində rol oynayan şirkətlərin səhmləri hər ötən gün dəyər qazanır. Forbes nəşri də bu il səhiyyə sektorunun 50 milyarderini açıqlayıb. Yeni səhiyyə nəhəngləri 11 müxtəlif ölkədən olsa da, əksəriyyəti Çinin payına düşüb.

İlin ən diqqət cəlb edən yeni simaları isə “BioNTech”in təsisçisi türk əsilli professor Uğur Şahin və “Moderna”nın CEO-su Stéphane Bancel-dir.

Biz də bugünkü məqalədə 2020-ci ildə Covid-19 əleyhinə mübarizədə ön planda yer alan və ixtira etdikləri üsullarla qazandıqları milyonlara həqiqətən də layiq olduqlarını sübut edən şəxslərin TOP-10 siyahısını təqdim edirik.

1. UĞUR ŞAHIN

Sərvət: 4.2 milyard dollar

Ölkə: Almaniya

Sərvətin mənbəyi: BioNTech

Türkiyədə dünyaya gələn Uğur Şahin “BioNTech” şirkətini 2008-ci ildə Almaniyanın Mayns şəhərində hazırda şirkətin baş tibb mütəxəssisi kimi fəaliyyət göstərən həyat yoldaşı Özlem Türeci ilə birlikdə təsis edib. Şahin şirkət səhmlərinin təqribən 17%-nə sahibdir. Şirkətin səhmləri ABŞ-ın “Pfizer” şirkəti ilə birlikdə hazırlanan peyvəndin 95% təsir göstərdiyinin elan olunmasından sonra sürətlə yüksəldi və yanvar ayından bəri 160% artdı. Peyvəndin ilk dozaları 8 dekabr tarixində Birləşmiş Krallıqda və 14 dekabrda ABŞ-da bazara çıxarılıb, milyonlarla doza isə Avropa İttifaqı, Yaponiya və Kanada üçün nəzərdə tutulub.

2. STÉPHANE BANCEL

Sərvət: 4.1 milyard dollar

Ölkə: Fransa

Sərvətin mənbəyi: Moderna

Bancel “BioMérieux” şirkətinin CEO vəzifəsini tərk etdikdən sonra 2011-ci ildə mərkəzi ofisi Massaçusets ştatında yerləşən “Moderna” şirkətinin CEO-su olur. Bancel-in 6%-lik səhmlərinə sahib olduğu şirkətin səhmləri ilin əvvəlindən bəri 550% dəyər qazanıb. 18 dekabrda “Moderna” tərəfindən hazırlanan və 94% təsir göstərdiyi bildirilən Covid-19 peyvəndi Pfizer/BioNTech peyvəndindən sonra Amerika Qida və Dərman İdarəsi (FDA) tərəfindən təsdiq edilən ikinci peyvənd olub.

3. YUAN LINPING

Sərvət: 4.1 milyard dollar

Ölkə: Kanada

Sərvətin mənbəyi: Dərman preparatları

Kanada əsilli Yuan bu ilin iyun ayında şirkətin sədri olan milyarder həyat yoldaşı Du Weimin-dən boşandıqdan sonra Çinin qabaqcıl peyvənd istehsalçılarından “Shenzhen Kangtai Biological Products” şirkətinin 24%-lik səhmlərinə sahib olur. Boşanma əsnasında Şençjen şəhərində yaşayan Liping Kanadanın ən varlı qadınına çevrilib. “Kangtai” şirkətinin səhmləri isə ilin əvvəlindən bəri 90% dəyər qazanıb. Xatırladaq ki, Liping 2012-2015-ci illər aralığında sözügedən şirkətin direktoru vəzifəsində çalışmışdı.

4. HU KUN

Sərvət: 3.9 milyard dollar

Ölkə: Çin

Sərvətin mənbəyi: Tibbi avadanlıqların istehsalı

Hu Çinin şimal-şərqində yerləşən Qinhuangdao adlı liman şəhərində tibbi avadanlıqların istehsalı ilə məşğul olan “Contec Medical Systems” şirkətinin sədridir. O, bu ilin avqust ayında şirkət səhmlərini birjada satışa çıxarmışdı və həmin vaxtdan bəri 150% dəyər qazanan səhmlərin təqribən yarısı hazırda özünə məxsusdur.

5. CARL HANSEN

Sərvət: 2.9 milyard dollar

Ölkə: Kanada

Sərvətin mənbəyi: AbCellera

Hansen Covid-19 və digər bu kimi xəstəliklər əleyhinə antikor müalicə üsullarını təkmilləşdirmək üçün suni intellekt texnologiyası və mexanika mühəndisliyindən istifadə edən mərkəzi ofisi Vankuver şəhərində yerləşən “AbCellera” adlı biotexnologiya firmasının həmtəsisçisi və CEO-sudur. Şirkəti 2012-ci ildə təsis edən Hansen 2019-cu ilə qədər Britaniya Kolumbiyası Universitetində professor işləmişdi. Hansenin 23%-lik səhmlərinə sahib olduğu “AbCellera” şirkətinin dəyəri 11 dekabrda Nasdaq birjasına daxil olmasından dərhal sonra sürətlə yüksəlir və Hanseni milyarderə çevirir.

Ən sərfəli kredit üçün müraciət et

6. TIMOTHY SPRINGER

Corona virüs pandemisiyle birlikte milyarder olan 50 bilim insanı ve sağlık girişimcisi - 6

Sərvət: 2 milyard dollar

Ölkə: ABŞ

Sərvətin mənbəyi: Moderna

Harvard Universitetində immunoloq və bioloji kimya və molekulyar əczaçılıq üzrə professor olan Springer 2010-cu ildə yeni təsis edilən şirkətə təqribən 5 milyon dollar sərmayə qoyduğu zaman “Moderna” şirkətində təsisçi sərmayəçi idi. İndi isə sahib olduğu 3.5%-lik səhmlərin dəyəri təqribən 1.6 milyar dollardır.

7. SERGİO STEVANATO

Sergio Stevanato

Sərvət: 1.8 milyard dollar

Ölkə: İtaliya

Sərvətin mənbəyi: Stevanato Group

Stevanato dünyanın ikinci ən böyük şüşə flakon istehsalçısı olan və qırxdan çox peyvənd istehsalçısı ilə müqavilə bağlamış İtaliyanın tibbi qablaşdırma firması “Stevanato Group”un sədridir. 1949-cu ildə atası Giovanni tərəfindən Venesiya şəhərində təsis edilən şirkət hazırda Sergionun uşaqları Franco və Marco tərəfindən idarə edilir.

8. RONERT LANGER

Biomedical and Biotechnology – MIT Chemical Engineering

Sərvət: 1.5 milyard dollar

Ölkə: ABŞ

Sərvətin mənbəyi: Moderna

Biotibbi mühəndislik sahəsi üzrə qabaqcıl nailiyyətlərinə görə “Tibb dünyasının Edisonu” kimi tanınan Langer Massaçusets Texnologiya İnstitutunda kimya mühəndisliyi üzrə professor olaraq fəaliyyət göstərir. 2010-cu ildə ofisinin yaxınlığında yerləşən “Moderna” şirkətində təsisçi sərmayəçi idi və heç vaxt səhm satışı həyata keçirməmişdi. 3%-lik səhmləri isə hazırda təqribən 1.5 milyard dollar dəyərindədir.

9. PREMCHAND GODHA

Sərvət: 1.4 milyard dollar

Ölkə: Hindistan

Sərvətin mənbəyi: Dərman preparatları

Godha 1975-ci ildə tanınmış Bolivud aktyoru Amitab Baççanın ailəsi ilə birlikdə mərkəzi ofisi Mumbay şəhərində yerləşən dərman istehsalçısı “Ipca Labs” şirkətini satın alır. Bioloji və farmakoliji maddələr istehsal edən şirkət pandemiyanın əvvəllərində potensial müalicə vasitəsi kimi təqdim edilən mübahisəli malyariya əleyhinə hidroksixloroxinin istehsal və satışları səbəbilə bu il səhmlərinin dəyərini iki dəfə artırmağa nail olub.

10. AUGUST TROENDLE

Sərvət: 1.3 milyard dollar

Ölkə: ABŞ

Sərvətin mənbəyi: Əczaçılıq xidmətləri

Troendle tibbi avadanlıq və preparatların istehsalı ilə məşğul olan dərman firmaları üçün klinik sınaqlar həyata keçirən mərkəzi ofisi Sinsinnati şəhərində yerləşən “Medpace” şirkətinin təsisçisi və CEO-sudur. 1992-ci ildə şirkəti təsis etməzdən və 2016-cı ildə şirkət səhmlərini satışa çıxarmazdan əvvəl İsveçrənin dərman nəhəngi “Novartis” şirkətində klinik təkmilləşdirmə və FDA-da tibbi tədqiqat mütəxəssisi kimi çalışıb.

Həmçinin oxu: Bu şəxslərin sərvəti pandemiya dövründə 1 trilyon dollar artdı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et