Türkiyə Mərkəzi Bankının ehtiyatları azalmaqda davam edir | Banco.az

Türkiyə Mərkəzi Bankının ehtiyatları azalmaqda davam edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) ümumi ehtiyatları 124,1 milyard dollara qədər azalıb.

Banco.az xəbər verir ki, TCMB məlumatlarına görə, ötən həftə ümumi ehtiyatlar 124,1 milyard dollar azalıb.

Əvvəlki həftə ümumi ehtiyatlar 126,3 milyard dollar səviyyəsində idi.

2023-cü ilin dekabrında isə TCMB-nin ümumi ehtiyatları 142 milyard dolları ötmüşdü.

Ötən həftə TCMB-nin xalis ehtiyatlarında da azalma müşahidə olunub. Belə ki, TCMB-nin xalis ehtiyatı 14,01 milyard dollara düşüb. Əvvəlki həftə xalis ehtiyatlar 15,05 milyard dollar səviyyəsində idi.

Ən sərfəli kredit üçün müraciət et

Svoplar istisna olmaqla xalis ehtiyatların bərpası isə diqqətdən kənarda qalmayıb. Ötən həftə TCMB-nin svoplar istisna xalis ehtiyatları mənfi 52,6 milyard dollardan mənfi 48,6 milyard dollara geriləyib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et