İlin sonuna qədər rublu hansı risklər gözləyir? - Rusiyalı ekspertdən açıqlama | Banco.az

İlin sonuna qədər rublu hansı risklər gözləyir? - Rusiyalı ekspertdən açıqlama

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

2024-cü ilin əvvəlindən rubl sabitlik nümayiş etdirsə də, son dörd ayda məzənnənin çox kiçik diapazonda bir dollar üçün 89-93 rubl və bir avro üçün 98-102 rubl arasında dəyişdiyi müşahidə edilib.

BitRiverin maliyyə analitiki Vladislav Antonov Banco.az-a bu barədə açıqlama verib. O bildirib ki, nə Rusiyadakı prezident seçkiləri, nə “Crocus”da baş verən hadisə rublun dinamikasına təsir edə bilməyib:

“Aprelin 5-dən Rusiya Federasiyası Mərkəzi Bankının valyuta intervensiyalarının həcminin azaldılması,  Mərkəzi Bankın bazarda xarici valyutanın xalis satışını azaltması rubla təzyiq göstərib. ABŞ Federal Ehtiyat Sisteminin daha sərt pul siyasəti gözləntiləri fonunda ABŞ dollarının əksər valyutalar qarşısında möhkəmlənməsi, İsrail və İran arasında münaqişənin kəskinləşməsi ABŞ dolları da daxil olmaqla, müdafiə aktivlərinə tələbatı artırıb. Amma bu siyasi-iqtisadi hadisələrin fonunda rublun məzənnəsini dəstəkləyən amillər də var. Birincisi, Rusiya Mərkəzi Bankının sərt pul siyasətidir. Bu addım nəticəsində 16 faiz bəndi artım  təşkil edib. Görünür, Rusiya Mərkəzi Bankı inflyasiyanın artması səbəbindən onu azaltmağa tələsmir. Hazırda yüksək neft qiymətləri büdcə gəlirlərini saxlamağa və bazarda ixracatçılardan xarici valyuta təklifini artırmağa imkan verən şərait formalaşdırıb”. 

Ən sərfəli kredit üçün müraciət et

Vladislav Antonov deyib ki, ilin sonuna qədər rublun nə qədər olacağını heç kim bilmir:

“Xarici valyutaların rubla nisbətdə məzənnəsinə təsir edən çox dəyişiklik var. 8 ayda dünyada çox şey dəyişə bilər ki. Valyuta bazarına mənfi təsir göstərən amillər davam edərsə, may ayının sonuna kimi dolların məzənnəsi 97-98 rubl səviyyəsində olacaq”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et