Palata xalis mənfəətini kəskin artırıb | Banco.az

Palata xalis mənfəətini kəskin artırıb

Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ili 10 milyon 443 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2017-ci illə müqayisədə 2,7 dəfə çoxdur. Palata 2017-ci ili 3 milyon 877 min manat xalis mənfəət ilə bağlamışdı.

2017-ci ildə ümumi gəlirləri 15 milyon 182 min manat ikən, 2018-ci ildə 20 milyon 781 min manat təşkil edib (illik 5 milyon 599 min manat və ya 36,9% artıb). Gəlirlərin artmasına qarşılıq xərclər azalıb. Cəmi xərclər 11 milyon 305 min manatdan 10 milyon 349 min manat düşüb.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci il ərzində Maliyyə Bazarlarına Nəzarət Palatasının cəmi aktivləri 46% artaraq21 milyon 335 min manata çatıb. 2017-ci ilin sonunda Palata 14 milyon 640 min manat cəmi aktivlərə malik idi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et