"Netflix"ə alternativ olan ən yaxşı 15 pulsuz platforma | Banco.az

"Netflix"ə alternativ olan ən yaxşı 15 pulsuz platforma

Müəllif: Gülnar Əhmədli, Banco.az

Rəqəmsal yayım platformalarına maraq günü-gündən artır. Bu platformalar dünyada yüz milyonlarla insan tərəfindən istifadə olunur. Təbii ki, bəziləri pulsuz olsa da, abunəlik üçün kifayət qədər yüksək məbləğ tələb edənlər də var. Bu məqalədə "Netflix"ə alternativ ola biləcək pulsuz saytların və platformaların siyahısını təqdim edəcəyik.

Banco.az xəbər verir ki, rəqəmsal yayım platforması dedikdə ağıla ilk gələn dünya üzrə 200 milyondan çox abunəçisi olan "Netflix"dir. Amma bu şirkət rəqibsiz deyil. "Netflix"in bazarda yeniləri ilə yanaşı, 150 milyon abunəçiyə çatan "Amazon Prime Video" və abunəçi sayını 90 milyondan 130 milyona yüksəldən "Disney+" kimi bir neçə ciddi rəqibi var. Ancaq hər kəs rəqəmsal yayım platformalarına pul xərcləmək istəmir. "Netflix" və "Disney+" kimi məşhur platformalara alternativ ola biləcək, yəni ki, pullu platformalarda olan məzmunların əksəriyyətini tapa biləcəyiniz 15 platforma aşağıdakılardır:

  • Crackle
  • TubiTV
  • Popcornflix
  • Vudu
  • Pluto TV
  • Peacock
  • Kanopy
  • Hoopla
  • IMDb TV
  • Internet Archive
  • The Roku Channel
  • Yidio
  • SnagFilms
  • Puhu TV
  • FOXPlay

Qeyd edək ki, yuxarıdakı platformalardan bəzilərinə daxil olmaq üçün cihazınızda regionu dəyişməli ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et