“Netflix” lüks brendlərin reklamlarını təqlid edərək maraqlı kampaniya hazırlayıb | Banco.az

“Netflix” lüks brendlərin reklamlarını təqlid edərək maraqlı kampaniya hazırlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Netflix” lüks brendlərin reklamlarını təqlid edərək “Lupin” serialının yeni mövsümünü təqdim edib.

Banco.az xəbər verir ki, Netflix "Lupin" serialının final sezonunu tanıtmaq üçün lüks brendlərin afişalarını təqlid edərək yeni kampaniya hazırlayıb.

Belə ki, şirkət “Jellyfish France” reklam agentliyi ilə əməkdaşlıq edərək Fransanın müxtəlif bölgələrində “Rolex”, “Chanel, Hermès”, “Cartier”, “Celine” və “Tiffany & Co” kimi dəbdəbəli brendlərin reklamlarına oxşar möhtəşəm afişalar hazırlayıb. Bu afişalarda hətta müvafiq markaların loqotiplərinə və brend estetikasına da yer verilib.

İlk baxışdan dəbdəbəli brendlərin afişalarına bənzəyən kampaniyalarda məhsulların yox, aşılanmış dəridə zinət əşyalarının qoyduğu bəzi izlər olduğu görünür. Yoldan keçənlərin marağına səbəb olan bu izlərin səbəbi isə serialın baş rolu Arsen Lupin obrazından qaynaqlanır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et