İspaniyada korrida üzrə milli mükafat ləğv edilib | Banco.az

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Müəllif:Ayşən İmanova/Banco.az

İspaniyanın yeni təyin edilmiş mədəniyyət naziri Ernest Urtasun korrida üzrə milli mükafatı ləğv edib.

Banco.az xəbər verir ki, bir çox insan bu qərarı alqışlasa da, buna qarşı çıxanlar da olub. Korrida ilə aktiv məşğul olanlar 30 min avro dəyərindəki mükafatın ləğvindən narazıdır. Onlar korridanı İspaniyanın mədəni irsinin bir parçası hesab edirlər.

Yeni nazir qərarını belə əsaslandırıb ki, heyvanlara qarşı pis rəftardan narazı olan ispanların sayı ilbəil artır. 2024-cü ildə heyvanlara qarşı zorakılığa görə mükafat verilməsi məntiqsizdir.

Statistika göstərir ki, İspaniyada öküz döyüşlərinə maraq ciddi şəkildə zəifləyib. 2016-cı ildən indiyədək tamaşaların sayı 3 dəfə azalıb. 2023-cü ildə isə ispanların cəmi 2%-i toreadorların tamaşalarına gedib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et