Dünyanın ən varlı və kasıb ölkələrinin siyahısı dərc olunub | Banco.az

Dünyanın ən varlı və kasıb ölkələrinin siyahısı dərc olunub

Müəllif:Ayşən İmanova/Banco.az

“Global Finance” agentliyi dünyanın ən varlı və kasıb ölkələrinin reytinqini açıqlayıb. Reytinq cədvəli adambaşına düşən ÜDM-nin həcminə görə tərtib olunub.

Banco.az xəbər verir ki, reytinq cədvəlində dünyanın ən varlı ölkələri siyahısına Lüksemburq başçılıq edir. Bu ölkədə adambaşına düşən ÜDM-nin həcmi 143 383 dollar təşkil edir. İlk onluqda sonrakı yerləri Makao, Qətər, İrlandiya, Birləşmiş Ərəb Əmirlikləri, İsveçrə, Norveç, San Marino və ABŞ tutublar.

Reytinq cədvəlində dünyanın ən kasıb ölkəsi kimi Cənubi Sudan (adambaşına düşən ÜDM-nin həcmi 455 dollar) göstərilib. Sosial parçalanmalar, bərabərsizlik, korrupsiya və müharibə burada vəziyyəti daha da pisləşdirib.

Dənizə çıxışı olmayan kiçik Burundi ən yoxsul ölkələr arasında ikinci yerdədir.
Üçüncü yerdə Mərkəzi Afrika Respublikasıdır. Qızıl, neft, uran və almazla zəngin olan bu ölkədə nədənsə çox kasıb insanlar yaşayır və on il ərzində dünyanın ən kasıb dövlətləri sırasında yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın ən yoxsul ölkələrinin ilk onluğuna Konqo Demokratik Respublikası, Mozambik, Niger, Malavi, Liberiya, Madaqaskar və Yəmən də daxildir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et