"Neftin orta qiyməti 55 dollar olacaq" | Banco.az

"Neftin orta qiyməti 55 dollar olacaq"

"Neftin hasilatının azaldılmasına dair anlaşma qüvvəyə mindikdən sonra bazar müəyyən qədər balanslaşıb". Bunu "Bloomberg" telekanalına müsahibəsində BP şirkətinin baş icraçı direktoru Robert Dadli bildirib.

Onun proqnozuna əsasən, bu il neftin 1 barrelinin orta qiyməti 55 dollar təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

R. Dadli əlavə edib ki, OPEC üzvləri və kartelə üzv olmayan ölkələr hasilatın azaldılmasına dair əldə olunan razılaşmaya sadiqdir və üzərinə düşən öhdəlikləri yerinə yetirəcəklər: "Buna görə, BP hesab edir ki, bazar balanslaşıb və ciddi planlar barədə düşünmək olar. Lakin biz intizamlı şəkildə xərcləyəcəyik".

©APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et