Multivalyutalı kart nədir və hansı banklar təklif edir? | Banco.az

Multivalyutalı kart nədir və hansı banklar təklif edir?

Hər daim işləri ilə bağlı olaraq müxtəlif valyutalardan istifadə edən şəxslər var. Onlar, bu səbəbdən, ayrı-ayrı valyutada bir neçə kart sifariş vermək məcburiyyətində qalırlar. Bu isə onların işini bir növü çətinləşdirir.

Lakin, həmin şəxslərin işini asanlaşdıra biləcək bir yol var: Multivalyuta kartları. Multivalyutalı kart məhsulunun əsas üstünlüyü hər valyuta üçün ayrıca kart sifariş etməyə ehtiyacın olmaması və karta bağlı valyutalar ilə əməliyyat apararkən konvertasiyaya görə xidmət haqqının olmamasıdır. Bu kartlar bir neçə valyutada əməliyyat keçirməyə imkan verir.

Düzdür, bu növ debet kartları bazara yeni daxil olub və yalnız bir neçə bank tərəfindən təklif olunur. Həmin kartlarla tanış olaq:

 

Visa TRİO Gold

  • Kartın qiyməti 45-85 AZN (pulsuz əldə etmək üçün 1000 -2000 AZN Mədaxil)
  • Kartın müddəti 12-36 ay
  • Nağdlaşdırma – KapitalBank bankomatlarında 1%
  • İntеrnеt Banking, Mоbilе Banking, SMS Banking və SMS İnfо:  ödənişsiz

Kapital Bankın şəxsi debet kartları arasında ən yeni məhsullara aid edilir. AZN, EUR və USD hesablarınızı 1 kart vasitəsilə idarə edilməsi imkanı verir.

Üstünlüklər: Hər 3 hesabı idarə etmək üçün cəmi 1 ədəd PİN KOD təyin edilməsi,

Ən sərfəli kredit üçün müraciət et

İmkanlar: Hesablar arasında pulsuz Card to Card xidməti,  Mobil Bank, SMS İnfo, SMS Banking və 3D Secure xidməti, unudulmuş, itirilmiş PİN kodun yenisi ilə əvəz edilməsi haqq tutulmadan həyata keçirilir.

Hesabın artırılması yalnız bankın ofislərində, terminallarında və internet bankinq vasitəsi ilə mümkündür.

Bir az bahalı görünə bilər, xatırladaq ki trio kartları Gold kateqoriyasından başlayır və bir kart özündə üç hesabı birləşdirir və siz üç ədəd ayrı kart almaq əvəzinə bir kartda həmin funksiyaları birləşdirə bilirsiniz. 

 

Visa Gold Multivalyuta 

    • Kartın qiyməti 30-50 AZN (pulsuz əldə etmək üçün 1000 -2000 AZN Mədaxil)
    • Kartın müddəti 12-36 ay
    • Nağdlaşdırma – NBCBank bankomatlarında 1%
    • İntеrnеt Banking və Mоbilе Banking: ödənişsiz
    • Sms xəbərdarlıq:  Aylıq: 1,2 AZN

     

    NBC Bank yeni məhsul olan 3 valyutanı özündə birləşdirən multivalyuta kartlarını təqdim edir. Multivalyutalı kart məhsulunun əsas üstünlüyü hər valyuta üçün ayrıca kart sifariş etməyə ehtiyacın olmaması və karta bağlı valyutalar ilə əməliyyat apararkən konvertasiyaya görə xidmət haqqının olmamasıdır. Premium kart olmaqla yanaşı sahiblərinə bir çox məhsul və xidmətlərdən yararlanarkən xüsusi üstünklərin şamil olunması imkanını yaradır. Bu kartlar vasitəsilə aparılan əməliyyatlar özlüyündə xüsusi imkanların, özəl münasibət və sərfəli təkliflərin mövcudluğunu əks etdirir

    Ən sərfəli krediti almaq üçün müraciət et