"Muğanbank"da adsız istiqrazlar üzrə tiraj keçirilib | Banco.az

"Muğanbank"da adsız istiqrazlar üzrə tiraj keçirilib

“Muğanbank” ASC-nin adsız istiqrazlar üzrə sayca 46-cı tirajı keçirilib.

Bankdan bildirlib ki, adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 min 500 manat, uduşlu istiqrazların sayı isə 2 min ədəd təşkil edir. Maksimum uduş məbləği 50 min manatdır.

“Muğanbank” ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçib. Bank 50 milyon manat dəyərində 1 milyon ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. On illik dövriyyə müddətində 80 tiraj keçiriləcək. İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ var.

Ən sərfəli kredit üçün müraciət et

Hazırki məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2 faiz gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.

Uduşa düşmüş istiqrazların nömrələri ilə “Xalq qəzeti”nin tirajdan sonrakı növbəti nömrəsində, həmçinin, bankın rəsmi saytında tanış olmaq mümkündür.

Ən sərfəli krediti almaq üçün müraciət et