Məsafədən işləmək üçün ən uyğun ölkələr açıqlanıb | Banco.az

Məsafədən işləmək üçün ən uyğun ölkələr açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal Məsafədən İş İndeksinin 2023-cü il hesabatına görə, Danimarka məsafədən iş üçün ən uyğun ölkə olub.

Banco.az xəbər verir ki, qlobal Məsafədən İş İndeksinin 2023-cü il hesabatına əsasən, məsafədən işləmək üçün ən uyğun ölkələr açıqlanıb.

Siyahının birinci pilləsində Danimarka qərarlaşıb. Buna baxmayaraq, siyahıda Şimali Avropa ölkələri üstünlük təşkil edir. Avropa siyahının yarısından çoxunu təşkil etməklə məsafədən işlə bağlı aparıcı qitə mövqeyindədir.

Siyahıya əsasən, məsafədən işləmək üçün ən uyğun ilk 10 ölkə aşağıdakılardır: Danimarka, Niderland, Almaniya, İspaniya, İsveç, Portuqaliya, Estoniya, Litva, İrlandiya və Slovakiya.

Ən sərfəli kredit üçün müraciət et

Kibertəhlükəsizlik baxımından məsafədən işləmək üçün ən uyğun ölkələrə isə Slovakiya liderlik edir. İqtisadi rifah baxımından ən yüksək mövqeni tutan ölkə isə Böyük Britaniyadır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et