Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib | Banco.az

Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

3 iyun 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50102079S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiyməti 99.4773  AZN (6.76%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 539,318,800.00 AZN olmuşdur.

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.4773  AZN (6.76%), orta ölçülmüş qiyməti 99.4773  AZN (6.76%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi      250,000,000.00 AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 01.07.2020

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et