Mərkəzi Bank növbəti faiz qərarını elan edəcəyi saatı açıqladı | Banco.az

Mərkəzi Bank növbəti faiz qərarını elan edəcəyi saatı açıqladı

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı ilə əlaqədar press-reliz 20 dekabr 2023-cü il tarixində saat 11:00-da yayımlanacaqdır.

Banco.az xəbər verir ki. bu, Mərkəzi Bankın yaydığı məlumatda deyilir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 01 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 9%-dən 8.5%-ə, faiz dəhlizinin aşağı həddi 7.5%-dən 7%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 9.5%-ə endirilmişdir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et