“McDonald's” şirkəti çox maraqlı kampaniyaya imza atıb | Banco.az

“McDonald's” şirkəti çox maraqlı kampaniyaya imza atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“McDonald's” şirkəti rəqiblərinin tullantılarını götürənlərə endirimlər təklif edir.

Banco.az xəbər verir ki, “McDonald's” şirkəti al-apar paketlərinin tullantılarını toplamaq üçün başlatdığı kampaniyada rəqiblərini də unutmayıb.

İsveçdə fəaliyyət göstərən “McDonald's” al-apar paketləri təbiətdə çirklənməyə səbəb olduğu üçün yeni bir kampaniyaya imza atıb.

Ötən il fast-food nəhəngi yeni başlatdığı kampaniya çərçivəsində “McDonald's” qablaşdırmalarını zibil qutularına düzgün atan müştəriləri mükafatlandıran tətbiq yaratmışdı. İlkin olaraq tətbiq müştəriləri “McDonald's” qablaşdırmalarını zibil qutularına atarkən skan edir və şərtlərə düzgün əməl edənlərə xüsusi təkliflər və endirimlər verirdi.

İndi isə ölkədə fəaliyyət göstərən “Burger King” və yerli “Max Burgers” kimi rəqiblərin qablaşdırmalarını da qəbul etməklə kampaniyanı bir addım da irəli aparır. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən kampaniya “NORD DDB Stokholm” reklam agentliyi tərəfindən tullantıların azaldılmasına həsr olunmuş "The Keep Sweden Tidy Foundation" qeyri-kommersiya təşkilatı ilə birlikdə ərsəyə gətirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et