"Məlumatsız müştəri = narazı müştəri" - Ceyhun Qubatov | Banco.az

"Məlumatsız müştəri = narazı müştəri" - Ceyhun Qubatov

Müsahibimiz: Ceyhun Qubatov, "Buta Sığorta" Sığorta şirkəti

Ceyhun bəy, hamının başa düşəcəyi dildə tibbi sığorta nədir?

Tibbi xərcləri nəzərdə tutan sığorta. Müəyyən edilmiş şərtlər daxilində insanların həm dərman həm də, tibbi xərclərinin ödənilməsini nəzərdə tutan sığorta tibbi sığortadır.

Nəyə görə Azərbaycanda tibbi sığortanın ciddi problemləri olduğu söylənilir?

Belə yanaşmanın bir neçə səbəbi var.

Birinicisi Azərbaycanda səhiyyə sistemi hal-hazırda inkişaf etməkdədir. Demək olmaz ki, tibb sahəsi yüksək  səviyyədədir. Problemlər var. Bu səbəbdən də, belə düşünülür ki, tibbi sığortanın ciddi problemləri var.

İkinci səbəb məlumatsızlıqdır. Sığorta barədə insanların məlumatsızlığı. Sığorta sahəsində maariflənmə zəif olduğundan söyləmək olar ki, sığortada problem var. Eləcə də, tibbi sığortada. Məlumatı az olan müştəri haqsız tələblər irəli sürür. Sonra məlum olur ki, onun tələb etdiyi təminata daxil deyildi. Həmin tələb daha sonra haqsız irada çevrilir. Bu irad şikayətdə də, öz əksini tapa bilir. Sığorta şirkəti də, çalışır ki, müştərini maksimum razı salsın.

Bu da heç də, biznesin xeyrinə baş vermir. Digər tərəfdən haqsız irad istəyin yerinə yetməməsinə çevrilir. Bu da narazı müştəri yaradır. Narazı müştəri isə pis yöndə agitasiya aparır. Sığorta haqqında mənfi imic formalaşır. Bu da biznesin xeyrinə olur. Deməli məlumatsız müştəri narazı müştəri yaradır. Bu da heç də, ürəkaçan hal deyil. Düzdür tibbi sığortanın problemlərindən biri də təkrarsığorta məsələsidir. Amma bu şirkətlərdən asılı deyil.

Hesab edirəm ki, ən ciddi problem şirkət-müştəri əlaqəsinin düzgün qurulmamasıdır ki, bu da məlumatsızlıq və zərərlə özünü göstərir.

İcbari tibbi və könüllü tibbi sığorta nə ilə fərqlənir?

İcbari tibbi sığortada  vətəndaşlara göstərilən tibbi xidmətin şərtləri, həcmini və sair  müəyyən edilir.  Müvafiq dövlət orqanı tərəfindən təsdiq edilir. Bu proqram vətəndaşların müəyyən olunmuş həcmdə və keyfiyyətdə tibbi yardım almasını nəzərdə tutur. Sosial müdafənin bəlkə də, vacib bir formasıdır. İcbari qaydada baş verir.  Qısa desək dövlətin müəyyən etdiyi kriteriyalar var.

Hələ ki bu sahədə işlər gedir. Səhiyyə Nazirliyi  digər əlaqədar qurumlar  bu layihənin üzərində çalışır. Lakin hələ də qiymət lər və s f təyin edilməyib. Bu sahədə xeyli işlər görülməlidir. İcbari tibbi sığortanın olması bazarın inkişafına ciddi müsbət təsirlər edəcəkdir.

Könüllü tibbi sığortada isə bir qədər fərqlidir. Dövlət yalnız qanunvericiliklə hədlər qoyub. Bu çərçivədə vətəndaş üçün seçim sərbəstdir. Könüllü qaydada baş verir. Bu da sosial müdafiə formasıdır. Lakin dövlət heç bir inzibati vasitə ilə vətəndaşı könüllü tibbi sığortaya sövq etmir.

Adətən tibbi sığorta paket şəklində korporativ müştərilərə satılır, bəs fərdlər bunu ayrılıqda necə ala bilər? 

Bəli adətən korporativ satışın elementi olan tibbi sığorta artıq retail sığorta bazarında da, özünü biruzə verməkdədir.  Dünya praktikasında bu əvvəldən var. Bizdə isə yeni-yeni inkişaf etməkdədir. Düzdür ötən illərin təcrübəsində bu məhsulu görə bilərik bəlkə də. Amma bu daha çox təcrübə xarakteri daşıyıb. İndi isə artıq bir neçə şirkət fərdi tibbi sığorta təklif edir. Bu çox gözəl haldır. Çünki bir məhsulu birdən çox şirkət təklif edirsə rəqabət yaranır. Rəqabət isə inkişafla nəticələnir.

Ən sərfəli kredit üçün müraciət et

Hansı şirkətlər bu gün fərdlərin tibbi sığortalanmasını də təmin edir?

Bir çox şirkətlər. Bəzilərinin adını qeyd edim. AXA MBASK, A-Group, Xalq Sığorta, Buta Sığorta və sair.

Belə başa düşürəm ki, tibbi sığorta şirkətlər üçün gəlirdən çox zərər gətirir? Yəni müştərilərin sui-istifadə halları çox olurmu?

Demək olar ki, bu belədir. Ümumilikdə bazara baxdıqda bu belə görünməyə bilər. 2014-cü ilin ötən yeddi ayı ərzində tibbi sığorta üzrə ödənişlərin yığıma olan faizi 59.6%-dir. Avtomobil sığortasında isə bu 70%-dən yuxarıdır. Amma bir-neçə illik şəxsi təcrübəmə əsasən deyə bilərəm ki, ayrı-ayrı şirkətlər üzrə bu heç də, ürəkaçan rəqəm deyil. Çünki 45 milyon manatdan çox yığılan tibbi sığorta haqqı heç də, bütün şirkətlər üzrə bərabər paylanmayıb.

Sui-istifadə hallarına gəldikdə isə bunun statistikası ilə heç vaxt rastlaşmamışam. Lakin əfsuslar olsun ki, belə hallar var. Belə halların qarşısını ala biləcək əsas məqam maariflənmədir. Maariflənmə həm müştərilərin həm də, satış personalının daha çox məlumatlı olmasını nəzərdə tutur. Məlumatlı müştəri nə istədiyini və nə alacağını bilib narazı qalmır. Məlumatlı satış personalı isə müştəriyə daha çox məlumat verə bilir. Bu da həm müştərinin, həm də, şirkətin marağını təmin edir.

Mümkünsə şirkətinizi bu sahədə tətbiq etdiyi imkanlar da danışardınız.

Əslində çox geniş mövzudur. Geniş imkanlar tətbiq edilir. Amma bəzilərini sadalamaq olar. Buta Sığorta fərdi tibbi sığortanı 2013-cü ilin sonundan müştərilərə təqdim edir. Birbaşa da olmasa dolayısı ilə bu məhsula yönəlik tənqidi fikirlər də, olmuşdur. Lakin məhsul həm müştəri, həm də, şirkət baxımından hər iki tərəfə faydalı məhsuldur.  

Çünki bazardakı analoji məhsullardan fərqli olan məqamlar var. Bazardakı adi tibbi sığorta məhsullardan fərqli olaraq, 

 “Könüllü fərdi tibbi sığorta” istisna təşkil edən bir çox ciddi xəstəlikləri, məsələn xərçəng, miokard infarktı, orqan köçürülməsini də əhatə edir. Bu məhsul 10 000-dən 50 000 manatadək sığorta ödənişi məbləği nəzərdə tutur.

Həmçinin 7 gün 24 saat fəaliyyət göstərən məlumat mərkəzi var. Hansında ki, həkimlər müştərilərin zənglərinə cavab verir və onları uyğun olaraq yönəldir.

Bundan əlavə daha bir vacib məqam ondan ibarətdir ki, bütün məhsullarında olduğu kimi, Buta Sığortanın bu məhsulunda da, satışı professionallar edir. Potensial müştəri tam dolğun məlumat alır. Həmin şəxs müştəri olduqda isə məlumatlı olduğundan heç vaxt narazı müştəriyə çevrilmir. Məlumatlı müştəri isə məmnun müştəridir əgər hər şey qaydasında gedirsə. Hesab edirəm ki, tətbiq edilən ən vacib məqam məlumatlı müştəridir. 

Təşəkkürlər. 

Könül Soltanova, [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et