“McDonald's” şəkilləri olmayan, lakin kartof fri qoxusu olan reklam bannerləri quraşdırıb | Banco.az

“McDonald's” şəkilləri olmayan, lakin kartof fri qoxusu olan reklam bannerləri quraşdırıb

Müəllif:Ayşən İmanova/Banco.az

McDonald's Hollandiyanın iki şəhərində loqosu və ya digər təsvirləri olmayan qırmızı və sarı reklam lövhələri asıb. 

Banco.az xəbər verir ki, Hollandiyanın Utrext və Leyden şəhərlərində “McDonald's” loqosuz bir neçə qırmızı və sarı reklam lövhəsi quraşdırıb. Onlardan beş metr aralıda yoldan keçənlər şəbəkənin restoranlarında bişirilən kartof qızartmasının iyini hiss ediblər.

Reklam lövhələri McDonald's-a 200 metr məsafədə yerləşdirilib. Onların içərisində yeməklər olan bir bölmə var. Ətir ventilyatorların köməyi ilə gücləndirilib.

Qeyd edək ki, “McDonald's” vizual fərqliliyi ilə tanınıb. Ancaq sübut edilmişdir ki, qoxular şəkillərdən daha aydın emosional yaddaşla əlaqələndirilir. Beləliklə, insanlara “McDonald's”-da yaxşı vaxt keçirdiklərini xatırlatmaq üçün yeni bir üsul test etmək qərarına gəldik,- deyə şirkət qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et