Maska taxmayanların ödədiyi cərimələr hara xərclənəcək? | Banco.az

Maska taxmayanların ödədiyi cərimələr hara xərclənəcək?

Azərbaycanda tibbi maska taxmamağa görə inzibati cərimələr İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və hər ilin dövlət büdcəsi haqqında qanuna görə dövlət büdcəsinə ödəniləcək. 

Bunu ünvanlanan sorğuya cavab olaraq Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib. 

"Daha əvvəl də qeyd etdiyimiz kimi, karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmalarının koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur", - deyə nazirlik rəsmisi bildirib. 

Xatırladaq ki, pamdemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu, Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Ən sərfəli kredit üçün müraciət et

Report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et