Kreditlər haqqında maraqlı 11 fakt! | Banco.az

Kreditlər haqqında maraqlı 11 fakt!

  Demək olar ki,kredit kartlarının hər il istifadəsi getdikcə artır.Onların vasitəsi ilə internetdən alış-veriş etmək artıq çox asanlaşıb.Bir növ qurtarıcımız olan bu kartlar haqqında bir birindən maraqlı 11 faktı sizinlə bölüşürəm.

1.İlk bank tərəfindən verilmiş kredit kartının ixtiraçısı Nyu-Yorkun Flatbush Milli Bankından olan bankir John Briggs idi. "Charge-It" adlandırılan kart 1946-cı ildə təqdim edidi. 2. 1950-ci illərdə Diners Club Card birdən çox mağazada istifadə oluna biləcək kredit kartı təklif edən ilk şirkət oldu .Təsisçisi Frank McNamara müştərilərlə yemək yeyərkən  pul kisəsinin üzərində olmadığını başa düşdü. Həyat yoldaşı hesabı ödədi və McNamara gələcəkdə bənzər bir xəcalətdən qaçmaq üçün çox məqsədli kredit  kartı  yaratmağı düşündü .

2. 1974-cü ilə qədər banklar  evli olmayan qadınlara kredit kartı verməkdən imtina edə bilirdi və ərinin kartın qarantisi üçün imzası vacib hesab edilirdi. Boşanmış bir qadına çox riskli sayılırdı çünki " evliliyi nəzarəti altında saxlaya bilmirdi".

3. İlk kredit kartı hologramı 1983-cü ildə MasterCard tərəfindən təqdim olunmuşdur. Saxta kredit kartlarının qarşısını almaq üçün yaradılmışdır

4.Siz bu cümləni oxuyarkən, dünyada təxminən 10.000 kredit kartı əməliyyatı həyata keçdi.

Ən sərfəli kredit üçün müraciət et

5. Bütün kredit kartları hər yerdə eyni ölçüdədir: 85.60 mm x 53.98 mm

6. Kredit kartı şirkətlərinin  hər ay özünün hesabını tamamilə ödəyən müştəriləri üçün bir  ləqəbi var:"deadbeat"(borcunu ödəməyən şəxs)

7. Kredit kartı şirkətləri sizi müştəri olaraq əldə etmək üçün təxminən 80 dollar xərcləyir.

8. Kredit kartları Amerika bank sahəsindəki  ən gəlirli sektorudır və ildə 30 milyard dollardan çox gəlir əldə edir.

9. VISA loqosundakı mavi səmanı  təmsil edərkən, qızıl rəng Bank of America-nun qurulduğu Kaliforniyadakı təpələrin rəngini təmsil edir.

10. Bir araşdırmaya görə, yüksək qiymətləri gördükdə beynimiz ağrı reseptorlarını aktivləşdirir , amma pul əvəzinə kredit kartlarını istifadə etmək , ödəmə ağrısını təsirli bir şəkildə “keyləşdirir” .

11. Satıcıdan kredit kartı əməliyyatları üçün telefon nömrəsini, ev ünvanı və digər şəxsi məlumatı tələb etməsi qeyri-qanunidir. Onlar bu məlumatları soruşa bilərlər, lakin müştərinin məlumat verməkdən imtina etdiyi təqdirdə, əməliyyatdan imtina edə bilməzlər

Ən sərfəli krediti almaq üçün müraciət et