İşçilərinə ən çox maaş verən texnologiya şirkətləri açıqlanıb | Banco.az

İşçilərinə ən çox maaş verən texnologiya şirkətləri açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” və “Meta”da işləyən mühəndislər “Apple”, “Amazon” və ya “Microsoft”dakılardan daha çox qazanır.

Banco.az xəbər verir ki, texnologiya şirkətlərində çalışanlar üçün anonim forum olan “Blind” “Big Tech”lər (“Google”, “Amazon” və “Meta” kimi böyük və qlobal təsirə malik texnologiya şirkətləri) arasında ən yüksək maaş təklif edən şirkətləri araşdırıb.

Qlobal miqyasda aparıcı texnologiya nəhənglərinin işçilərinin məlumatlarını toplayan “Blind”ən yüksək maaş təklif edən şirkətlərin siyahısını tərtib edib. Araşdırma nəticəsində məlum olub ki, “Google” və “Meta” proqram mühəndislərinə digər “Big Tech” şirkətlərindən daha yüksək maaş verirlər.

Bu şirkətlər arasında ən yaxşı şərtlərə sahib şirkət isə “Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi “Meta”dır. Araşdırma göstərir ki, bu şirkətdə işləməyə başlayan mühəndislərin başlanğıc maaşı digər şirkətlərə nəzərən yüksək olmaqla yanaşı, “Meta”da vəzifədə yüksəlmə şansı daha tez bir zamanda əldə edilir.

İlkin mərhələdə ən yüksək maaş verən BigTech şirkətləri

Ən sərfəli kredit üçün müraciət et

1) Meta

2) Google

3) Amazon

4) Microsoft

5) Apple

blind-1

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et