İş adamları AccessBank-ın biznes forumunun ənənəyə çevrilməsini arzulayır | Banco.az

İş adamları AccessBank-ın biznes forumunun ənənəyə çevrilməsini arzulayır

İş adamları AccessBank-ın biznes forumunun ənənəyə çevrilməsini arzulayır

Foruma qatılan sahibkarlar tədbiriyüksəkqiymətləndirib, olduqca faydalı məlumatlar əldə etdiyini bildiriblər. Onların əksəriyyəti hesab edir ki, AccessBankbu tədbiri ənənəyə çevirməlidir.

Belə düşünən qonaqlardan biri fərdi sahibkar Qoşqar Rüstəmovdur: "İlk növbədə AccessBank-a təşəkkür edirəm ki, iş adamları üçün belə bir fürsət yaratdı. Bildiyimiz kimi, son 2-3 il ərzində vergi və gömrük sahəsində qanunvericiliyə ciddi dəyişikliklər edildi. Bu baxımdan hesab edirəm ki, hətta ən məlumatlı sahibkar belə bu cür tədbirlərdə iştirak edərək faydalı məlumatlar əldə etmək imkanı qazanır. Tədbirdə sözün yaxşı mənasında gərgin diskussiyanın şahidi olduq. Bu tədbirdənöncə biz digər iş adamları ilə müzakirə apardıq və beynimizdə bir sual canlandı: bu qədər məsrəf AccessBank-a nə üçün lazımdır? Mənə elə gəlir ki, bu sualın cavabını tapmaq üçün AccessBank-ın səhmdarlarının siyahısına baxmaq kifayət edər. Başqa sözlə, AccessBank Asiya müdrikliyi və Avropa intizamı nümayiş etdirərək müştərilərinin maliyyə savadlılığını artırır".

Ən sərfəli kredit üçün müraciət et

"Narda Park" MMC-nin rəhbəri Ənvər Qasımov isədeyir ki, tədbirdə iştirak etməklə bütün suallarına cavab tapdı: "Açığı iş qrafikimin olduqca gərgin olmasına baxmayaraq, illərdir müştərisi olduğum AccessBank-ın təşkil etdiyi biznes foruma qatıldım və çox faydalı məlumatlar əldə etdim. Bir çox sahibkarlar kimi, mən də bu biznes forumun ənənəyə çevrilməsini arzulayıram. Forumda olduqca maraqlı suallar qaldırıldı və mən sevinirəm ki, heç bir sual cavabsız qalmadı".

"Real Group" MMC-nin maliyyə direktoruHəmid Qurbanovda ümid edir ki, biznes forum gözəl ənənəyə çevriləcək: "Əvvəla, biznes forumun yüksək səviyyədə təşkil olunduğu üçün AccessBank-ın komandasına təşəkkür edirəm. Forumda vergi və gömrük sahələrinə dair olduqca maraqlı və aktual məsələlər qaldırıldı. Spikerlərin seçiminə görə AccessBank-a xüsusi təşəkkür etmək istərdim. Çünki ünvanlanan sualları dəqiq, əhatəli və konkret misallar göstərməklə cavablandırmaq çox vacibdir. Ümid edirəm ki, ilk dəfə keçirilən biznes forum gözəl ənənə halını alacaq. Sahibkarların bu cür tədbirlərə çox ehtiyacı var".

Ən sərfəli krediti almaq üçün müraciət et