“Instagram” "Reels" videoların endirilməsi funksiyasını bütün dünyada işə salıb | Banco.az

“Instagram” "Reels" videoların endirilməsi funksiyasını bütün dünyada işə salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Instagram” "Reels" videoları yükləmə funksiyasını işə salıb.

Banco.az xəbər verir ki, “Instagram” platforması “Reels” videoları endirməyə imkan verən yeni funksiyasını bütün dünyada istifadəyə verib.

Beləliklə, “Instagram” istifadəçiləri artıq ictimai hesablardakı “Reels” videoları birbaşa telefonlarına yükləyə biləcəklər.

Xatırladaq ki, bir neçə aydır sınaq mərhələsində olan bu funksiyas, ilkin mərhələdə ABŞ-dakı müəyyən bir istifadəçi qrupu ilə sınaqdan keçirilib. İstifadəyə verildikdən sonra istifadəçilər artıq üçüncü tərəf proqram təminatına ehtiyac olmadan “Reels” videolarını birbaşa öz telefonlarına endirə və sonradan oflayn rejimdə izləyə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeni funksiyanın işə salınmasından sonra istifadəçi təhlükəsizliyi də diqqətdən kənarda qalmır və ictimai hesab sahiblərinə “Reels” videolarının endirilməsinə nəzarət etmək imkanı da təklif olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et