"İnkişaf etməkdə olan ölkələrdəki iqtisadi böhranlar daha çox davam edir" | Banco.az

"İnkişaf etməkdə olan ölkələrdəki iqtisadi böhranlar daha çox davam edir"

Müəllif: Tamara Mustafayeva, Banco.az

BVF: "İnkişaf etməkdə olan ölkələrdəki iqtisadi böhranlar dünyada daha çox davam edir."

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondu (BVF) gələn həftə dərc olunacaq Dünya İqtisadi Perspektivlər Hesabatında G20 ölkələri arasında inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının qlobal iqtisadiyyata təsirlərinin qiymətləndirildiyi bölməni dərc edib.

Hesabatda qeyd olunub ki, 20 ildən çox müddətə əldə etdikləri 6 faizlik "təsirli orta illik artım" sonra G20-nin inkişaf etməkdə olan bazar iqtisadiyyatları hazırda qlobal iqtisadi fəaliyyətin təxminən 30 faizini və qlobal ticarətin təxminən 1/4 hissəsini təşkil edir.

Hesabatda bildirilir ki, G20-nin 10 inkişaf etməkdə olan bazarında iqtisadi artım son 20 ildə inkişaf etmiş iqtisadiyyatların artımını ardıcıl olaraq üstələmişdir.

Qeyd olunana görə, Argentina, Braziliya, Çin, Hindistan, İndoneziya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, Cənubi Afrika və Türkiyə xüsusilə ticarət və qlobal dəyər zəncirləri vasitəsilə 2000-ci ildən bu yana qlobal ümumi daxili məhsulda (ÜDM) paylarını iki dəfədən çox artıraraq qlobal iqtisadiyyata inteqrasiya olunmaqda davam edir.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda Çin başda olmaqla G20-nin inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında yaşanan şokların təsirlərinin 2000-ci ildən bu yana artdığı və hazırda inkişaf etmiş iqtisadiyyatlardakı şoklarla müqayisə olunacaq ölçülərə çatdığı bildirilib.

G20-nin inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında şokların digər inkişaf etməkdə olan bazarlarda 3 ildən sonra meydana gələn istehsal dəyişikliyinin 10 faizinə, inkişaf etmiş iqtisadiyyatlarda isə 5 faizinə təsir etdiyi qeyd edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et