"Google" işçi ixtisarlarını davam etdirir | Banco.az

"Google" işçi ixtisarlarını davam etdirir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” şirkətinin daha çox əməkdaşı ilə yollarını ayıracağı bildirilib.

Banco.az xəbər verir ki, bu barədə “Google” sözçüsü məlumat verib.

Onun dediklərinə görə, şirkət prioritetlərə və mühüm imkanlara sərmayə qoymağa fokuslanıb.

“Google”u bu fürsətlər baxımından ən yaxşı mövqeyə gətirmək məqsədilə şirkətin komandalarından bəzilərinin daha məhsuldar olmaq və resursları tənzimləmək üçün əsaslı dəyişikliklər etdiyi qeyd olunub.

Bununla da, işçilərə şirkət prioritetləri üzərində işləmək imkanı vermək üçün strukturların sadələşdirildiyi bildirilib.

Sözçünün dediyindən məlum olur ki, ixtisarlar şirkət miqyasında deyil və işdən çıxarılanlar daxili vəzifələr üçün müraciət edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, nə qədər işçinin və hansı komandaların ixtisarların təsirinə məruz qaldığı barədə isə məlumat verilməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et