Geely 2023-cü ildə xalis mənfəətini 1% artırdı | Banco.az

Geely 2023-cü ildə xalis mənfəətini 1% artırdı

Müəllif: Fərid İslamov/Banco.az

Ən böyük Çin avtomobil istehsalçılarından biri olan Geely Automobile Holdings Ltd 2023-cü ildə xalis mənfəətini 1% artırıb ki, bu da ekspert gözləntilərini üstələyib.

Xalis mənfəət 2022-ci ildəki 5,26 milyard yuanla müqayisədə 5,31 milyard yuan (737,6 milyon dollar) təşkil edib. Eyni zamanda, korrektə edilmiş mənfəət 51% artdı, şirkətin press-relizində deyilir.

Citi Research-in məlumatına görə, analitiklər mənfəətin 4,5-5 milyard yuan aralığında olacağını proqnozlaşdırmışdılar.

Ən sərfəli kredit üçün müraciət et

Geely-nin gəliri 21% artaraq 179,2 milyard yuana çatıb. Ümumi marja bir il əvvəl 14,1%-dən 15,3%-ə yüksəldi.

Şirkət ötən il təxminən 1,7 milyon avtomobil satıb ki, bu da 2022-ci illə müqayisədə 18% çoxdur. 2024-cü ildə Geely 1,9 milyon avtomobil tədarük etməyi planlaşdırır.

Cümə axşamı Honq Konq ticarətində avtomobil istehsalçısının səhmləri 4,8% artıb. Bu ilin əvvəlindən Geely-nin bazar dəyəri 7,7% artıb, eyni dövrdə Hang Seng İndeksi isə 1% azalıb.

 

Ən sərfəli krediti almaq üçün müraciət et