G7 ölkələri süni intellekt texnologiyalarına nəzarətin təşkili ilə bağlı razılığa gəliblər | Banco.az

G7 ölkələri süni intellekt texnologiyalarına nəzarətin təşkili ilə bağlı razılığa gəliblər

Müəllif: Tamara Mustafayeva, Banco.az

G7 ölkələri süni intellektdə nəzarət tənzimləməsinin yaradılması ilə bağlı razılığa gəliblər.

Banco.az xəbər verir ki, aprelin 29-30-da Yaponiyanın Takasaki şəhərində keçirilən və G7 ölkələrinin texnologiya və iqtisadiyyat nazirlərinin iştirak etdiyi iclasın yekun bəyannaməsi dərc olunub.

Yaponiyanın rəqəmsal transformasiya naziri Kono Taro və Yaponiyanın daxili işlər və rabitə naziri Matsumoto Takeakinin sədrliyi ilə keçirilən iclasda Hindistan, İndoneziya və Ukraynadan hökumət nümayəndələri də iştirak edib.

İclasın yekun bəyanatında, “Ölkələr və sənayelər arasında AI (süni intellekt) texnologiyalarının artan əhəmiyyətini nəzərə alaraq, texnologiyaların inkişafı ilə təhlükəsizlik və etimadı təşviq etməyə davam edərək, onların imkanlarını və problemlərini yaxın müddətdə qiymətləndirmək zərurətini qəbul edirik.” sözlərinə yer verilib. 

Ən sərfəli kredit üçün müraciət et

Bəyanatda vurğulanır ki, süni intellekt siyasəti və qaydaları riskə əsaslanan və gələcəyə hesablanmış olmalıdır, riskləri azaltmaqla yanaşı dünya üçün faydaları maksimuma çatdırmağa yönəldilməlidir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et