"Fitch" agentliyi Azsığorta-nın proqnozunu endirib | Banco.az

"Fitch" agentliyi Azsığorta-nın proqnozunu endirib

"Fitch" Beynəlxalq Reytinq Şirkəti "Azsığorta" ASC-nin reytinqi üzrə proqnozunu "sabit"dən "neqativ"ə endirib. "Fitch"in rəsmi saytına istinadən verilən xəbərə görə, bununla yanaşı, agentlik şirkətin maliyyə dayanıqlılığı üzrə kredit reytinqini yenidən "B" səviyyəsində təsdiq edib.

Agentlik proqnozun azaldılmasını "Azsığorta"nın fəaliyyətinin zəifləməsi və Azərbaycanda zəif əməliyyat mühiti səbəbindən dayanıqlılığının azalması ilə izah edib. Reytinqin təsdiq edilməsi isə "Azsığorta"nın kapitalının möhkəmliyi ilə əlaqələndirilir.

Ən sərfəli kredit üçün müraciət et

"Fitch" 2017-ci ilin III rübündə "Azsığorta" ASC-nin yeni biznes-plan həyata keçirərək, öz biznes fəaliyyətini optimallaşdırmaq, xərc bazasını azaltmaq və sığorta məhsullarının çeşidini innovativ məhsullar yaratmaqla diversifikasiya etmək istədiyini bildirib. Buna baxmayaraq, "Fitch" bu addımın həyata keçirilməsinin çətin olacağını bildirib.

Agentlik "Azsığorta"nın cari ilin III rübündə 4,8 mln. manat zərərlə üzləşdiyini qeyd edərək bildirib ki, buna səbəb şirkətin restrukturizasiya ilə bağlı inzibati xərcləri olub.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et