Facebook-dan düzgün istifadə edən banklarımız | Banco.az

Facebook-dan düzgün istifadə edən banklarımız

Bu gün sizlərə 7-dən 77-ə hər kəsin haqqında az da olsa məlumata sahib olduğu və adını eşitdiyi Facebook sosial şəbəkəsi barəsində danışacağıq. 

Əgər sizə banklar haqqında olan bir portalın niyə bu barədə araşdırma aparması qəribə gəlirsə, bildirmək istərdik ki, bu heç də belə deyil.

Çünki, facebook hal-hazırda sadəcə şəxslərin istifadə edə biləcəyi bir portal deyil, bura həm də şirkət və  brendlərin özlərini daha rahat təqdim edə biləcəkləri bir platformadır.

Günümüzdə banklar da bu platformadan kifayət qədər istifadə edirlər. Sizlərə Azərbaycan banklarının facebook fəaliyyətləri təqdim edirik.

İlk növbədə Facebook istifadəçiləri tərəfindən ən çox bəyənilən ilk 3 bankla tanış ola bilərsiniz.

Siyahıda həmçinin son bir ay ərzində edilən paylaşım sayı və paylaşımlara gələn rəy sayları ilə də tanış ola bilərsiniz. 

Bank

Fan Sayı

Paylaşım sayı

(11/09/16-11/10/16)

Rəy sayı

(11/09/16-11/10/16)

Kapital Bank

342.949

24

403

Bank of Baku

322.573

23

151

Unibank

295.177

24

401

Aşağıda isə Facebook-da olan Azərbaycan Banklarının bəyənilmə sayına görə ümumi siyahısını görə bilərsiniz. 

Eyni zamanda apardığımız gizli araşdırmanın nəticələri ilə də tanış ola bilərsiniz. Məlum olduğu kimi, Facebook vasitəsilə banklara müraciət edə və suallarınızı ünvanlaya bilərsiniz. Biz də, gizli formada banklarımıza Facebook vasitəsilə müraciət edərək sual ünvanladıq. Müraciətə cavabın gəlmə müddəti və dolğunluğu barəsində nəticələri sizlərə təqdim edirik.

Suallar 12:00-dan sonra verilmişdir və nahar fasiləsi(13:00-14:00) cavab müddəti daxilində hesaba alınmamışdır.

Qeyd edək ki, araşdırma tamamilə obyektiv formada aparılmışdır. 

Bank

Fan Sayı

İnbox - Müraciət
Müddət Məzmun

Kapital Bank

342949

3 dəq.

Tam dolğun

Bank of Baku

322573

4 dəq.

Tam dolğun

Unibank

295177

5 dəq.

Tam dolğun

Atabank

214242

6 dəq.

Tam dolğun

Bank Respublika

114359

1 s.19 dəq.

Dolğun

Azər Türk Bank

97636

19 dəq.

Tam dolğun

AccessBank

92585

4 dəq.

Tam dolğun

Dəmirbank

67992

17 dəq.

Tam dolğun

Expressbank

62483

1 s. 33 dəq.

Tam dolğun

Beynəlxalq Bank

61275

50 dəq.

Dolğun

Yapı Kredi Bank Azərbaycan

56101

2 s.15 dəq.

Tam dolğun

CDB Bank

48095

1 dəq.

Tam dolğun

Turanbank

32542

14 dəq.

Tam dolğun

Nikoil Bank

27483

3 s.14 dəq.

Tam dolğun

NBC Bank

24642

40 dəq.

Tam dolğun.

Amrahbank

20529

2 s.36 dəq.

Tam dolğun

ASB Bank

20231

3 s.26 dəq.

Qismən dolğun

Bank BTB

19820

1 dəq.

Tam dolğun

Rabitəbank

19090

56 dəq.

Qismən dolğun

VTB Bank Azərbaycan

17539

1 s.11 dəq.

Qismən dolğun

AGBank

6092

1 s. 51 dəq.

Qismən dolğun

Muğanbank

4946

1 s.17 dəq.

Tam dolğun

Ziraat Bankı

2178

Cavabsız

Cavabsız

AFB Bank

1994

Mesaj yazmaq
mükmün deyil

 

Gunay Bank

965

Cavabsız

Cavabsız

Bank Silk Way

632

Cavabsız

Cavabsız

Bank Avrasiya

90

Cavabsız

Cavabsız

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et