Enerji pasportu nədir? | Banco.az

Enerji pasportu nədir?

Enerji pasportu yaşadığınız və ya istifadə etdiyiniz binanı sizə tanıdır, binanın istehlak etdiyi enerjinin miqdarı, növü, ətraf mühitə atılan tullantılarla bağlı məlumat verir, enerji üzrə səmərəli bina ilə səmərəsiz bina arasındakı fərqi göstərir. Hazırda dünyada tətbiq olunan enerji pasportlarında bina haqqında əsasən aşağıdakı məlumatlar əksini tapır:

  1. Binanın modeli;
  2. Enerji sərfi sinfi;
  3. Karbon qazı buraxılması sinfi;
  4. Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə;
  5. İsti su üzrə enerji sərfi;
  6. Binanın havalandırılması üzrə enerji sərfi;
  7. Binanın qızdırılması üzrə enerji sərfi;
  8. Binanın soyudulması üzrə enerji sərfi;
  9. Binanın işıqlandırılması üzrə enerji sərfi;
  10. Pasportun verilməsi üzrə səlahiyyətli təşkilat və ekspertlər barədə məlumatlar.

Bir çox ölkələrdə yeni tikilən binalarda səmərəlilik sinfi C-dən aşağı olduğu təqdirdə, binanın istifadəsinə icazə verilməməsi nəzərdə tutulur. 
Azərbaycanda bina və qurğuların enerji pasportlaşdırılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 11 mart tarixli 73 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektlərinin enerji səmərəliliyinin artırılması və enerji resurslarına qənaət edilməsi üzrə Qaydalar" ilə tənzimlənir. Bu Qaydalara əsasən, bina və qurğunun enerji pasportu - mövcud olan bina və qurğuların, həmçinin bina və qurğuların və onların qoruyucu konstruksiyalarının layihələrinin enerji, istilik texnikası və həndəsi xarakteristikalarının qeyd olunduğu sənəddir. Qaydalara görə, bina və qurğular elə layihələndirilib tikilməlidir ki, onların istismarı zamanı enerji resurslarının səmərəli istifadəsi təmin olunsun. Binaların və qurğuların enerji pasportu enerji səmərəliliyinin xüsusi istilik göstəricisinin binanın qoruyucu konstruksiyalarının istilik mühafizə və xüsusi xarakteristikasının tikinti normaları ilə təyin olunmuş göstəricilərə uyğunluğunun təsdiq edilməsi üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et