E-PUL və VİSA sistemi LUKOİL müştəriləri üçün QR ödəniş imkanı yaratdı | Banco.az

E-PUL və VİSA sistemi LUKOİL müştəriləri üçün QR ödəniş imkanı yaratdı

Sektorunun innovatoru olan E-PUL ödəniş sistemi daha bir ilkə imza atdı. E-PUL və VİSA-nın birgə layihəsi nəticəsində “Lukoyl-Azərbaycan” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində QR kod ilə ödəniş etmək mümkün oldu.

İstifadəçilər E-PUL servisinin mobil əlavəsi vasitəsilə QR kodla  Bakıdakı LUKOİL brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində ödənişlərini həyata keçirə bilər.

Ödənişlərinizi rahat və təhlükəsiz həyata keçirmək üçün aşağıdakıları yerinə yetirin:

  • E-PUL mobil əlavəsini yükləyin:

Android: https://play.google.com/store/apps/details?id=az.epul.technopay.android

IOS: https://apps.apple.com/us/app/e-pul/id965770019?ign-mpt=uo%3D4

  • Kartı qeydiyyatdan keçirin və təhlükəsiz sistemə əlavə edin;
  • Operator kassada məbləği daxil etdikdən sonra yanacaq sütununa quraşdırılmış QR kodu oxudun;
  • Mobil əlavədə operator tərəfindən kassada daxil edilən məbləğ əks ediləcək;
  • Bir toxunuşla vəsait kartdan silinir və bu əməliyyat E-PUL hesabında "Tarixçə" bölməsində əks ediləcək;
  • Kassada operatora ödənişin uğurla həyata keçirilməsi barədə qəbz verilir.

Göründüyü kimi, bu yenilik bir sıra üstünlüklərə malikdir. Artıq operatorun ödənişi qəbul etmək üçün POS-terminalla sürücüyə yaxınlaşmasına ehtiyac qalmır. Başqa sözlə, müştərilərlə operator arasında təmas minimuma endirilir ki, bu da pandemiya dövründə olduqca önəmlidir.

Ən sərfəli kredit üçün müraciət et

Yeniliklə bağlı məlumat verən "Paysis" MMC-nin baş direktoru Samir Nasibov bunları xüsusi vurğuladı: “Azərbaycanda bu xidmətin hələ tətbiq edilməməsinə və populyar olmamasına baxmayaraq, QR ödənişləri sürətli və rahat ödənişləri təmin edir. POS-terminaldan istifadə etmədən ödənişləri anında yerinə yetirmək olur. Qürur duyuruq ki, "Lukoyl-Azərbaycan" QSC və Visa ilə birlikdə ilk dəfə Azərbaycanda bu xidməti təqdim edirik. Bununla da nağdsız ödənişlər istiqamətində fəaliyyətimiz daha da genişləndirilir və rəqəmsal iqtisadiyyata keçidin sürətlənməsinə şərait yaradılır".

"Lukoyl-Azərbaycan" QSC-nin baş direktoru Zaur Cəlilov isə bildirdi ki, onun rəhbərlik etdiyi şirkət üçün bu layihənin reallaşdırılması müştərilərin rahatlığı və məmnuniyyəti üçün atılmış uğurlu addımlardan biridir: "Biz daim inkişaf və rahatlıq imkanlarını axtarır, xidmətin operativliyini artırmaq üçün yeni nəsil texnologiyalar tətbiq edirik. Artıq LUKOIL YDM-lərində siz mobil tətbiqin köməyi ilə avtomobildən çıxmadan yanacaq doldura bilərsiniz. Sevindiricidir ki, VISA və E-PUL kimi innovativ tərəfdaşlarla birgə növbələrsiz, xeyli sayda ödəniş kartı və nağd pulu daşımağa ehtiyac olmayan gələcəyi yaxınlaşdırırıq".

İnnovativ olanlar hər zaman qazanır! İyunun 11-dən LUKOİL yanacaqdoldurma məntəqələrindən QR kodla minimum 10 AZN dəyərində yanacaq alan hər bir E-PUL və VİSA istifadəçiləri ilk tranzaksiyaya 5 AZN endirim əldə edəcək.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et