Çin kreditorların müflisləşmə dalğası ilə üzləşməli olub | Banco.az

Çin kreditorların müflisləşmə dalğası ilə üzləşməli olub

Keçən ilin yay aylarından etibarən Çinin maliyyə sistemində həyəcan təbili çalınır. "Financial Times" qəzeti məlumat verir ki, indi isə bu həyəcan dalğası ölkənin mikrokredit bazarını bürüyüb.

Öz kapitalının bir hissəsini borc verən şəxsləri, eləcə də adi bank krediti ala bilməyən insanları ödənişli əsasla bir-birilə əlaqələndirən onlarla sayt verilən borcların geri qaytarılmaması səbəbindən keçən ilin sonunda iflasa uğrayıb.

Hələ ki, müflisləşmə dalğası iri şirkətləri bürüməyib. Lakin kiçik şirkətlərin iflasa uğraması onu göstərir ki, ölkədə iqtisadi artımın ləngiməsi və pul siyasətinin sərtləşdirilməsi səbəbindən mikrokreditləşmə sahəsində ciddi çətinliklər meydana gəlib.

Banklar ənənəvi kreditləşməni məhdudlaşdırdıqları üçün son illər bu sektor bütün dünyada sürətli şəkildə inkişaf edirdi. Dərəcələrin artması inkişaf etmiş ölkələrdə də bu sektor üzrə çətinliklərin meydana gəlməsinə səbəb ola bilər.

  • P2P ödəniş sistemi çərçivəsində Çində ən riskli borcalanlar kredit götürürdülər. Dərəcələrin artması yüksək defoltun yaranmasına gətirib çıxardı.
  • Böhran keçən ilin ikinci yarısında başladı. Çin Bankı pul bazarında likvidliyin aradan qaldırılması məsələsini həyata keçirdikdən sonra dərəcələrdə artım qeydə alındı. Nəticədə, investorların bazara olan inamı və etimadı itdi.
  • İflas dalğası ilə üzləşməli olan ən iri şirkətlərdən biri Şençjen şəhərində qeydiyyatda olan "Wangying Tianxia" şirkəti olmuşdur. Keçən ilin mart ayında yaradılan şirkət həmin ilin oktyabr ayında iflasa uğramışdır. Bü müddət ərzində şirkət vasitəsilə 129 milyon dollar həcmində kredit verilmişdir.
  • Sözügedən sahənin təhlili ilə məşğul olan "Online Lending House" portalı verdiyi məlumatlarda qeyd edir ki, keçən ilin son rübündə Çində 28 şirkət iflasa uğramışdır. Bu il ərzində də bir neçə şirkəti bu sonluq gözləyir.
  • Portaldan verilən məlumatlara görə, Çində P2P ödəniş sistemi çərçivəsində fəaliyyət göstərən şirkətlərin 80-90%-i iflas riski ilə qarşı-qarşıyadır. Analitiklər isə şirkətlərin müflisləşməsi ilə ölkədə acınacaqlı vəziyyətin yaranacağını düşünmürlər. Onlar məsələyə yaxşı tərəfdən baxmağa çalışır və nəticədə bazarda xırda fırıldaqçı və möhtəkirlərə rast gəlinməyəcəyini ümid edirlər.
  • Çində istiqraz bazarı artmaqda davam edir. Belə ki, 2009-cu ildə onun ümumi həcmi cəmi 30 milyon dollar təşkil etdiyi təqdirdə, 2012-ci ildə bu göstərici 940 milyon dollara qədər yüksəlmişdir. "Celent" konsaltinq şirkətinin proqnozlarına əsasən, 2015-ci ildə istiqraz bazarının həcmi 7.8 milyard dollar təşkil edəcək.
  • Bu şirkətlər Çinin maliyyə sistemində mühüm əhəmiyyətə malikdirlər. P2P ödəniş sisteminin mövcudluğu nəticəsində kiçik biznes ehtiyac duyduğu maliyyəşməyə, investorlar isə qoyulan kapital üzrə yüksək fazilərə nail ola biləcəklər. 

Banco.az / Sevinc İbadova

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et