BVF Avrozonaya qeyri-müəyyənliklə bağlı xəbərdarlıq edib | Banco.az

BVF Avrozonaya qeyri-müəyyənliklə bağlı xəbərdarlıq edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgieva Avrozonaya xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) prezidenti Kristalina Georgieva Avro Qrupunun Lüksemburqda keçirilən iclasından sonra mətbuata açıqlama verib.

Avrozona iqtisadiyyatının Rusiya-Ukrayna müharibəsinə görə böyük ticarət itkisi ilə üzləşməsinə baxmayaraq, möhkəmlik nümayiş etdirdiyinə diqqət çəkən Georgieva Avrozona iqtisadiyyatının 2023-cü ilin əvvəlində mülayim texniki tənəzzülə girdiyini və iqtisadi fəaliyyətin yalnız tədricən bərpa olunacağını dilə gətirib.

Georgieva region ölkələrində inflyasiyanın tarixən yüksək səviyyədən aşağı düşməyə başladığını, lakin hələ də hədəfdən xeyli yuxarı olduğunu bildirib.

Ən sərfəli kredit üçün müraciət et

“Avrozonada risk faktoru iqtisadi artım üçün aşağı, inflyasiya üçün isə yüksəkdir” - deyə açıqlama verən Georgieva qeyri-müəyyənliyin davam etməkdə olduğunu vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et