Bu şirkət minlərlə iş yerini süni intellektlə əvəz edəcək | Banco.az

Bu şirkət minlərlə iş yerini süni intellektlə əvəz edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

“IBM” firması işəqəbulla bağlı gələcək perspektivlərini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın tanınmış texnologiya şirkəti “IBM” yaxın illər ərzində bəzi vəzifələrin süni intellektlə əvəzlənəcəyini, ona görə də bu vakansiyalar üzrə işə qəbulun dayandırılacağını elan edib.

Bu barədə “IBM”in baş icraçı direktoru Arvind Krişna açıqlama verib.

İşə qəbul prosesinin dayandırılacağı vakansiyaların əsasən insan resursları ilə bağlı olacağını bildirən Krişna müştərilərlə birbaşa əlaqədə olmayan bu vəzifələrin təxminən 26 min işçiyə uyğun gəldiyini qeyd edib.

Beş il ərzində bəzi sahələrin 30 faizinin süni intellekt və avtomatlaşdırma ilə əvəzlənəcəyini deyən direktor, "Bu, təxminən 7 min 800 iş yerinin itirilməsi deməkdir”, deyə vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Məlumat üçün qeyd edək ki, texnologiya nəhəngi “IBM” hazırda təxminən 260 min nəfəri işlə təmin edir və proqram təminatının inkişafı və müştəri yönümlü vakansiyalar üzrə işə qəbul prosesini hələ də davam edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et