Bu gün axşam saatlarından paytaxtın mərkəzində xətlənmə işləri aparılacaq | Banco.az

Bu gün axşam saatlarından paytaxtın mərkəzində xətlənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Rəşid Behbudov küçəsi ilə 28 may küçəsinin kəsişməsində, həmçinin Dilarə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədilə xətlənmə işləri aparılacaq. 

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Ən sərfəli kredit üçün müraciət et

İşlər saat 22:00-dan başlayaraq səhər saatlarına qədər davam edəcək.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et