Britaniya iqtisadiyyatı 2024-cü ilə qədər mübarizə şəraitində olacaq | Banco.az

Britaniya iqtisadiyyatı 2024-cü ilə qədər mübarizə şəraitində olacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Britaniya iqtisadiyyatı bu il və gələn il 0,5 faiz artım göstərəcək.

Banco.az xəbər verir ki, Böyük Britaniya iqtisadiyyatının bu ilin sonundan etibarən "axsayaraq" yoluna davam etdiyi və 2024-cü ildə baş verə biləcək şoklara qarşı kövrək göründüyü bildirilib.

Beynəlxalq vergi və konsaltinq xidmətləri göstərən “KPMG” firması  İngiltərə iqtisadiyyatının perspektivi ilə bağlı açıqlama verib.

Bildirilib ki, ən yaxşı ssenari baş versə belə, 2024-cü ildə ölkədə yalnız “təvazökar” iqtisadi artıma nail olacağı gözlənilir.

Açıqlamada İngiltərə iqtisadiyyatının bu il və gələn ilin sonunda 0,5 faiz artacağı, artımın yalnız 2025-ci ildə 1 faizə yüksəlməsinin gözlənildiyi vurğulanıb. Bununla yanaşı, bildirilib ki, Böyük Britaniyada işsizlik bu ilin sonunda 4,1 faiz, gələn il 4,7 faiz, 2025-ci ildə isə 4,9 faiz olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Açıqlamada həmçinin qeyd olunub ki, qlobal iqtisadiyyat bu il 2,6 faiz, gələn il 2,2 faiz, 2025-ci ildə isə 2,6 faiz artacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et