Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə yüklərin cəlb olunması barədə razılıq əldə edilib | Banco.az

Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə yüklərin cəlb olunması barədə razılıq əldə edilib

Polşanın Krakov şəhərində keçirilən III Nəqliyyat Konfransı çərçivəsində Gürcüstan nümayəndə heyəti Polşanın “PKP LHS” şirkətinin nümayəndələri ilə danışıqlar aparıb. Tərəflər Avropa-Asiya-Avropa marşrutu, həmçinin Bakı-Tbilisi-Qars dəmir yoluna əlavə yüklərin cəlb olunması ilə bağlı birgə fəaliyyət planı barədə razılığa gəliblər.

Ən sərfəli kredit üçün müraciət et

Gürcüstan nümayəndə heyətindən bildirilib ki, Gürcüstan-Rumıniya və Gürcüstan-Ukrayna istiqamətində mütəmadi yük daşınmaları həyata keçiriləcək ki, bu da Qara dənizdə konteyner daşınmalarına tələb olunan vaxtı əhəmiyyətli dərəcədə azaldacaq.

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et