Azərbaycanın Türkiyəyə birbaşa investisiya qoyuluşu 7.4 dəfə artıb | Banco.az

Azərbaycanın Türkiyəyə birbaşa investisiya qoyuluşu 7.4 dəfə artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2023-cü ildə Azərbaycanın Türkiyə iqtisadiyyatına birbaşa investisiya qoyuluşu 1 milyard 815 milyon 102 min dollara bərabər olub. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 7,4 dəfə və ya 1 milyard 568 milyon 515 min dollar çoxdur.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın Türkiyə iqtisadiyyatına investisiya qoyuluşu 246 milyon 587 min dollar təşkil edib.  

2023-cü ildə Türkiyənin Azərbaycan iqtisadiyyatına birbaşa investisiya qoyuluşu isə 1 milyard 302 milyon 409 min dollara bərabər olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

  

Ən sərfəli krediti almaq üçün müraciət et