Bu ölkələr vizasız rejimə keçir | Banco.az

Bu ölkələr vizasız rejimə keçir

Müəllif:Ayşən İmanova/Banco.az

Qazaxıstan və Vyetnam hökumətləri arasında pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında imzalanmış saziş mayın 25-dən qüvvəyə minəcək.

Banco.az xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov jurnalistlər üçün təşkil olunan brifinqdə məlumat verib.

Məlumata görə, saziş milli pasportlara malik iki ölkənin vətəndaşları üçün viza tələbinin ləğvini nəzərdə tutur. Belə ki, hər iki ölkənin vətəndaşları qarşı tərəfin ərazisinə daxil olduqları tarixdən başlayaraq 30 təqvim günü və hər 6 aylıq dövr ərzində ümumilikdə 90 təqvim günü qala bilərlər.

Xatırladaq ki, Qazaxıstan və Vyetnam hökumətləri arasında milli pasportlara malik olan şəxslərin viza tələblərindən azad edilməsi haqqında saziş 2023-cü il avqustun 21-də imzalanıb. Sənəd bu il mayın 25-dən qüvvəyə minəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et