Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb | Banco.az

Azərbaycanda manatla banklararası kreditlər ucuzlaşıb

Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta illik faiz dərəcəsi oktyabr ayında 3,86 faiz bəndi azalaraq noyabrın 1-nə 6,56% təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatından məlum olur.

Ən sərfəli kredit üçün müraciət et

Hesabata əsasən, hesabat ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 4,98%-dən 4,73%-ə enib.

Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,8%, xarici valyutada isə 4,93% təşkil edib. 

© Report

Ən sərfəli krediti almaq üçün müraciət et